...

ABŞ-da atışma olub, ölən var

Dünya xəbərləri Materials 17 İyun 2021 05:45 (UTC +04:00)
ABŞ-da atışma olub, ölən var

Bakı. Trend:

ABŞ-ın Baltimore şəhərində atışma nəticəsində ən az bir nəfər ölüb, beş nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Baltimore Sun qəzeti yerli polisə istinadən bildirib.

Məlumata əsasən, atəşi iki və ya üç naməlum şəxs açıb, daha onlar sonra hadisə yerindən qaçıb.

Polisdən bildirilib ki, xəstəxanaya aparılan beş nəfərin vəziyyətinin ağırdan kritik dərəcəsinədək dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti