...

İspaniyada küçədə maska taxmaq məcburiyyəti ləğv edilir

Dünya xəbərləri Materials 26 İyun 2021 03:43 (UTC +04:00)
İspaniyada küçədə maska taxmaq məcburiyyəti ləğv edilir

Bakı. Trend:

İyunun 26-dan etibarən İspaniya sakinləri maskasız küçələrə çıxa biləcəklər.

Trend-in məlumatına görə, bununla bağlı qərarı ölkə hökuməti tərəfindən ölkədəki epidemioloji vəziyyətin yaxşılaşdırılması və əhalinin yeni koronavirus əleyhinə vaksinasiya sürəti ilə əlaqədar qəbul edilib.

İspaniya Nazirlər Kabinetinin fərmanına əsasən, 1,5 metr məsafə saxlamaq şərti ilə küçədə qoruyucu maskaların taxılması məcburiyyəti ləğv edilir.

Rejimin yumuşaldılmasına baxmayaraq, İspanlar hələ də bütün qapalı ictimai yerlərdə və bəzi hallarda açıq havada böyük tədbirlər zamanı maskalar taxmalı olacaqlar.

Bundan əlavə, ictimai nəqliyyatda maska taxmaq məcburi olaraq qalacaq. Tədbirlərin pozulmasına görə cərimə 100 avroya qədər ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti