...

Yaponiyada torpaq sürüşməsi baş verən rayonda 113 sakinin axtarışları davam edir

Dünya xəbərləri Materials 5 İyul 2021 06:41 (UTC +04:00)
Yaponiyada torpaq sürüşməsi baş verən rayonda 113 sakinin axtarışları davam edir

Bakı. Trend:

Yapon xilasediciləri sürüşmə baş verən Atami şəhərində (Şizuoka prefekturası) axtarış-xilasetmə işlərini davam etdirirlər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu gün səhərədək fəlakət baş verən bölgənin ən azı 113 sakini ilə əlaqə qurula bilinməyib.

Hazırda iki ölü və iki yaralı haqqında məlumat var, 23 nəfərin dağıntılar altından çıxarıldığı qeyd edilir. Sürüşmə nəticəsində ən az 130 ev və tikiliyə ziyan dəyib.

Xatırladaq ki, 37 min əhalisi olan Atamidə iyulun üçü səhər saatlarında 2 kilometr boyunca torpaq sürüşməsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti