Bakı. Trend:
ABŞ koronavirusa qarşı peyvəndlərinin bir hissəsini COVAX proqramə vasitəsilə Ukraynaya verəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Təxminən bir ay əvvəl ABŞ Prezidenti Cozef Bayden ABŞ-ın COVAX proqramına bağışlamaq üçün 500 milyon əlavə "Pfizer BioNTech" peyvəndi alma planlarını açıqladı. Bu proqramla peyvəndlər bütün dünya ölkələrinə, o cümlədən Ukraynaya veriləcək".
"Soyuq zəncir" sistemi ilə peyvəndlərin daşınması və saxlaması ilə Ukrayna ərazisində də olan "USAID" agentliyi məşğul olacaq.