Moldova hökumətinin yeni tərkibinin təqdim ediləcəyi vaxt açıqlandı

Dünya xəbərləri Xəbər 13 İyul 2021 23:23 (UTC +04:00)

Bakı. Trend:

Moldovadakı parlament seçkilərində qalib gələn Fəaliyyət və Həmrəylik Partiyası hökumətin yeni tərkibini avqustun 10-una qədər təqdim etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu "TVR" telekanalının efirində partiyanın lideri İqor Qrosu deyib.

İ.Qrosu bildirib: "10 avqusta qədər yeni parlament mütləq işə başlayacaq. Bu gün partiyadakı həmkarlarımızla planları müzakirə etdik, ümid edirik ki, təyin edilən vaxta qədər yeni kabinetin formalaşdırılmasını başa çatdırmaq mümkün olacaq".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti