...

ABŞ-ın Florida ştatında evin çökməsi nəticəsində ölənlərin sayı 97-yə yüksəlib

Dünya xəbərləri Materials 15 İyul 2021 07:49 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Serfsayd şəhərində (Florida ştatı) yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

O qeyd edib ki, 97 nəfərin ölümü təsdiq edilib.

Qeyd edək ki, Serfsaydda çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.

Xəbər lenti

Xəbər lenti