...

Kanada hava şarı ilə kosmik teleskop yola salacaq

Dünya xəbərləri Materials 21 İyul 2021 17:59 (UTC +04:00)
Kanada hava şarı ilə kosmik teleskop yola salacaq

Bakı. Orxan Nəbiyev - Trend

Kanadanın bir neçə universiteti Kanada Kosmik Agentliyi və NASA ilə birgə hava şarı vasitəsilə kosmik teleskopun göndərilməsini planlaşdırır.

Trend-in məlumatına görə, "SuperBIT" teleskopu Yerin stratosfer qatında yerləşdiriləcək.

Teleskopun buraxılışı üçün heliumlu hava şarından istifadə olunacaq.

Uçuşun 2022-ci ilin aprelində keçirilməsi planlaşdırılır. Teleskopun 40 kilometr hündürlükdə müşahidələr aparması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti