...

Avropada koronavirusa yoluxanların sayı 60 milyonu ötüb

Dünya xəbərləri Materials 2 Avqust 2021 15:44 (UTC +04:00)
Avropada koronavirusa yoluxanların sayı 60 milyonu ötüb

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa ölkələrində koronavirus pandemiyası başlayandan bu günədək yoluxanların sayı 60 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun fövqəladə hallar üzrə direktoru Dorit Nitsan deyib.

O bildirib ki, bu müddət ərzində koronavirusdan ölənlərin sayı 1,2 milyon nəfərdən çox olub.

Hazırda Avropa ölkələrinin əsas hədəfi prioritet qruplar hesab olunan 60 yaşdan yuxarı şəxslərin, səhiyyə sistemində çalışanların peyvəndlənməsini sürətləndirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti