Bakı. Orxan Nəbiyev - Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni müdafiə nazirini təyin edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu vəzifəyə bu gün nazirin birinci müavini vəzifəsindən azad edilmiş Arşak Karapetyan təyin olunub.
Xatırladaq ki, A.Karapetyan iyulun 20-də müdafiə nazirinin birinci müavini təyin olunmuşdu. Bundan əvvəl isə o, Baş qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdi.