...

Türkiyə sahillərində zəlzələ baş verib

Dünya xəbərləri Materials 4 Avqust 2021 00:34 (UTC +04:00)
Türkiyə sahillərində zəlzələ baş verib

Bakı. Trend:

Egey dənizində 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Türkiyənin Muğla vilayətinin Datça rayonundan 44,26 kilometr məsafədə yerləşib. Zəlzələnin ocağı 7,60 kilometr dərinlikdə olub.

Dağıntılar və həlak olanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti