...

Tacikistanda helikopter qəzaya uğrayıb - Ölən və yaralanan var

Dünya xəbərləri Materials 5 Avqust 2021 17:03 (UTC +04:00)
Tacikistanda helikopter qəzaya uğrayıb - Ölən və yaralanan var

Bakı. Orxan Nəbiyev - Trend:

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində rusiyalı turistləri xilas etmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində helikopterin pilotu həlak olub. Daha dörd nəfər isə xəsarət alıb.

Qeyd olunur ki, helikopter bölgədə 6 min metr hündürlükdə qalmış turistləri xilas etməli idi. Yeddi turistlə iyulun 28-dən əlaqənin itdiyi deyilir.

Helikopter buzlaq ərazidə eniş edərkən qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti