...

Polşada tramvaylar toqquşub - 30-dan çox yaralı var

Dünya xəbərləri Materials 5 Avqust 2021 18:51 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Polşanın Poznan şəhərində iki tramvayın toqquşması nəticəsində 30-dan çox şəxs xəsarət alıb.

Trend-in məlumatına görə, xəsarət alanlardan 29 nəfəri xəstəxanalara yerləşdirilib. İki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Qəza baş verən sahədə tramvayların hərkəti dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti