...

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 50-ni ötüb

Dünya xəbərləri Materials 14 Avqust 2021 21:02 (UTC +04:00)
Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 50-ni ötüb

Bakı. Trend:

Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 51 nəfər həlak olub, 9 nəfər isə xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

Məlumata əsasən, ölənlərdən 43 nəfəri Kastamonu, 7 nəfəri Sinop, 1 nəfər isə Bartın vilayətində həyatının itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti