...

Taliban Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir - Hərəkatın nümayəndəsi

Dünya xəbərləri Materials 15 Avqust 2021 22:00 (UTC +04:00)
Taliban Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir - Hərəkatın nümayəndəsi

Bakı. Trend:

Taliban Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu "Independent" qəzetinə açıqlamasında "Taliban" hərəkatının nümayəndəsi Zabihullah Mücahid deyib.

Onun sözlərinə görə, Türkiyədə çox sayda əfqan qaçqın yaşayır:

"Taliban Türkiyəni düşmən kimi görmür və müttəfiq olaraq görmək istəyir".

Xatırladaq ki, "Taliban" bu gün Əfqanıstanın paytaxtı Kabulu döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk edib və hazırda Tacikistanda olduğu ehtimal edilir. Taliblər bildiriblər ki, bir neçə saat ərzində paytaxtın idarəsini öz üzərlərinə götürəcəklər. Daha əvvəl taliblər prezident sarayını da nəzərati təmin etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti