...

İranda sutka ərzində koronavirusdan 655 nəfər ölüb

Dünya xəbərləri Materials 16 Avqust 2021 13:49 (UTC +04:00)
İranda sutka ərzində koronavirusdan 655 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən 24 saat ərzində 41 194 nəfər koronavirusa yoluxub, 655 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 98 483 nəfərə, yoluxanların sayı isə 4 467 015 nəfərə çatıb. Virus daşıyıcılarından 7 379 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti