...

Türkiyə prezidenti və Yunanıstan Baş naziri Əfqanıstan və miqrasiya məsələsini müzakirə ediblər

Dünya xəbərləri Materials 20 Avqust 2021 23:54 (UTC +04:00)
Türkiyə prezidenti və Yunanıstan Baş naziri Əfqanıstan və miqrasiya məsələsini müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, Əfqanıstanda baş verən hadisələr, miqrasiya məsələləri və ikitərəfli əlaqələr vurğulanaraq regional məsələlər müzakirə edilib.

Türkiyə dövlətinin başçısı Əfqanıstanda bir keçid dövrü yaratmağın lazım olduğunu deyib. R.T.Ərdoğan qeyd edib ki, keçid dövrünün olmaması ölkədən miqrasiya axınının artmasına səbəb olacaq.

Türkiyə lideri vurğulayıb ki, iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq qarşılıqlı anlaşma və maraqlar əsasında gücləndirilməlidir.

Liderlər Türkiyə və Yunanıstanda olan meşə yanğınları ilə əlaqədar bir birinə başsağlığı veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti