Bakı. Trend:
ABŞ ordusu Əfqanıstanda İŞİD terror təşkilatının bir qolu olan "Xorasanda İslam Dövləti" qruplaşmasının silahlısına qarşı xüsusi əməliyyat keçirib. Həmin terrorçu hücumların təşkil edilməsi ilə məşğul olub.
Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Uilyam Urbanın yazılı açıqlamasında bildirilib.
U.Urban bildirib ki, ABŞ hərbi qüvvələri "Xorasanda İslam Dövləti"nin hücumlarının təşkilatçısına qarşı kontrterrorizmə qarşı əməliyyat keçirib:
"Zərbə Əfqanıstanın Nanqarhar əyalətində pilotsuz uçuş aparatı vasitəsi ilə endirilib. İlkin hesablamara görə, hədəfi məhv etdik. Mülki şəxslər arasında ölən və yaralananlar barədə məlumatımız yoxdur".