...

İstanbulda zavod yanır

Dünya xəbərləri Materials 4 Sentyabr 2021 09:18 (UTC +04:00)
İstanbulda zavod yanır

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin İstanbul şəhərində kauçuk istehsalı zavodunda yanğın baş verib.

Trend-in məlumatın görə, hadisə şəhərin Silivri rayonunda qeydə alınıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb edilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Hazırda yanğının qarşısının alınması üçün iş davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti