...

"Taliban" Pəncşir əyalətini ələ keçirib

Dünya xəbərləri Materials 6 Sentyabr 2021 08:26 (UTC +04:00)

Bakı. Trend:

"Taliban" hərəkətı Əfqanıstanın Pəncşir əyalətini tamamilə ələ keçirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə özünün "Twitter" səhifəsində hərəkatın nümayəndəsi Zabiullah Mücahid yazıb.

Z.Mücahid bildirib: "Son mövqe, Pəncşir əyaləti tamamilə ələ keçirilib. Bəzi üsyançılar məğlub oldu, bəziləri isə qaçdı".

"Taliban"ın nümayəndəsi qeyd edib ki, hərəkat əyalət sakinlərinə qarşı ayrı-seçkilik sərgiləmək niyyətində deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti