...

Ötən yay Avropada son 30 il ərzində ən isti fəsli olub

Dünya xəbərləri Materials 7 Sentyabr 2021 18:52 (UTC +04:00)
Ötən yay Avropada son 30 il ərzində ən isti fəsli olub

Bakı. Orxan Nəbiyev - Trend:

Ötən yay Avropada son 30 il ərzində ən isti fəsil olub.

Trend-in məlumatına görə, bu barədə "Copernicus" peyk monitorinq mərkəzinin hesabatında deyilir.

Hesabartda qeyd olunur ki, bu ilin iyun-avqust aylarında Avropada havanın orta temperaturu 1991-2020-ci illərin yay ayları ilə müqayisədə bir dərəcə yüksək olub.

Avqustun 11-də İtaliyanın Siciliya adasında temperatur 48,8 dərəcəyə çatıb ki, bu da Avropada müşahidələrin aparıldığı müddətdən bəri ən yüksək göstərici olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti