...

Hindistanda denge qızdırmasından ölənlərin sayı 100 nəfəri ötüb

Dünya xəbərləri Materials 13 Sentyabr 2021 11:15 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında denge qızdırmasından vəfat edənlərin sayı 114 nəfərə çatıb.

Trend-in məlumatına görə, iki həftə əvvəl başlamış epidemiyadan ölənlərin 88 nəfəri uşaq olub.

Hazırda ştat ərazisindəki xəstəxanalarda 12 mindən çox xəstə denge qızdırmasından müalicə olunur.

Uttar-Pradeşdə məktəblərdə 1-8-ci siniflər üzrə dərslər dayandırılıb.

Qeyd edək ki, denge qızdırmasının əsas daşıyıcıları ağcaqanadlar hesab olunur. Hazırda Hindistanda yağıntılar mövsümü olduğu üçün bu cür ağcaqanadların sayı kəskin artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti