...

BƏƏ 38 nəfər və 15 təşkilatı terrorçu siyahısına daxil edib

Dünya xəbərləri Materials 14 Sentyabr 2021 05:41 (UTC +04:00)
BƏƏ 38 nəfər və 15 təşkilatı terrorçu siyahısına daxil edib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti ölkənin terrorçuları siyahısına 38 fiziki və 15 hüquqi şəxsi daxil edib.

Trend-in məlumatına görə, bu barədə "WAM" informasiya agentliyi xəbər verib.

Məlumatda bildirilib: "BƏƏ Nazirlər Kabinetinin 2021-ci il tarixli 83 nömrəli qərarına əsasən, 38 fiziki və 15 hüquqi şəxsin terrorizmi dəstəkləyən şəxs və təşkilatların siyahısına daxil edilib".

Qeyd olunub ki, BƏƏ, terrorizmi və əlaqəli fəaliyyətləri maliyyələşdirən şəbəkələri müəyyən etməyə, zərərsizləşdirməyə sadiqdir.

Xüsusilə, siyahıya Əfqanıstan, İraq, İran, Livan, Yəmən, İordaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Suriya, Nigeriya, Böyük Britaniya və Əmirliklərin vətəndaşları daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti