...

Çində güclü zəlzələ baş verib, ölənlər var

Dünya xəbərləri Materials 16 Sentyabr 2021 06:30 (UTC +04:00)
Çində güclü zəlzələ baş verib, ölənlər var

Bakı. Trend:

Çinin Şıçuan vilayətində 6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Çin Seysmoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla saat 04:33 -də Lusyan qəzası ərazisində, Luçjou şəhər dairəsində baş verib. Yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

Yaşayış məntəqələrində əhəmiyyətli dağıntılar barədə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti