...

Rusiyada Dövlət Dumasına seçkilərdə seçici aktivliyi 40,49 faiz təşkil edir

Dünya xəbərləri Materials 19 Sentyabr 2021 16:14 (UTC +04:00)
Rusiyada Dövlət Dumasına seçkilərdə seçici aktivliyi 40,49 faiz təşkil edir

Bakı. Trend:

Rusiyada Dövlət Dumasına seçkilərdə seçici aktivliyi 40,49 faiz təşkil edir.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Məlumatda bildirilir: "Dövlət Dumasına seçkilər, səsvermənin gedişatı: 40,49 faiz".

Qeyd edək ki, Rusiya Dövlət Dumasına seçkilər 3 gün davam edir - 17,18 və 19 sentyabr. Dövlət Dumasına seçkilərlə yanaşı Rusiya Federasiyasının 9 subyektinin rəhbəri və 39 regional parlamentinə də seçkilər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti