...

Rusiyada yaşayış evində yanğın olub, 3 nəfər ölüb

Dünya xəbərləri Materials 22 Sentyabr 2021 06:15 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Stavropol şəhərində 10 mərtəbəli yaşayış evində yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, onların kimliyi müəyyən edilir.

Bildirilir ki, yanğın zamanı yaşayış evindən 20 nəfər təxliyə edilib.

Hazırda yanğın söndürülüb. Yanğının səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti