Bakı. Trend:
ABŞ-əm Kolyervill şəhərində (Tennesi ştatı) mağazada atışma nəticəsində ən azı bir nəfər ölüb, 12 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə CNN televiziya kanalı yerli polisin rəisi Deyla Leynaya istinadən bildirib.
Onun sözlərinə görə, atəş açan şəxs ölü tapılıb. Binanın ərazisi mühasirəyə alınıb.