...

Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon İtaliyada həbs edilib

Dünya xəbərləri Materials 24 Sentyabr 2021 06:17 (UTC +04:00)

Bakı. Trend:

İtalya polis əməkdaşları Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemonu Sardiniyada həbs ediblər.

Trend-in məlumatına görə, bu barədə "El Pais" qəzeti K.Puçdemonun vəkili Qonsalo Boyeyə istinadən bildirib.

K.Puçdemona qarşı Avropa həbs qərarı var: polis onu Sardiniyaya gəldikdən dərhal sonra hava limanında nəzarətdə saxlayıb.

K.Puçdemonun bu gün Sassari şəhərində Apellyasiya Məhkəməsinin qarşısına çıxacağı gözlənilir. İtaliya ədliyyə orqanları onu İspaniyaya təhvil vermək üçün hər hansı bir səbəb olub olmadığını müəyyən etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti