...

ABŞ Konqresinin üzvü Baydenin istefasını tələb edib

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 03:40 (UTC +04:00)
ABŞ Konqresinin üzvü Baydenin istefasını tələb edib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçılar partiyasından üzvü Loren Bobert hazırkı prezident Cozef Baydeni istefaya göndərməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində "HuffPost"un müxbiri Kris d'Ancelo yazıb.

Müxbir bildirir ki, L.Bobert Ağ Evin rəhbərinin ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması prosesində yol verilən səhvlərə görə istefasını istəyib.

Siyasətçinin sözlərinə görə, qoşunların Əfqanıstandan çıxarılması zamanı çox sayda bahalı avadanlıq sözügedən ölkədə qalıb, amma bu faktla bağlı heç bir araşdırma aparılmayıb. Bundan əlavə, L.Bobert hesab edir ki, ABŞ vitse-prezidenti Kamala Harris də istefaya göndərilməlidir. O qeyd edir ki, K.Harris C.Baydeni vəzifəsindən uzaqlaşdırmalı və onun yerini tutmalı idi.

L.Bobert həmçinin qeyd edib ki, C.Baydenin qərarsızlığı və səriştəsizliyi Əfqanıstanda amerikalıların ölümünə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti