...

Qazaxıstanda koronavirusa daha 2 192 nəfər yoluxub

Dünya xəbərləri Materials 26 Sentyabr 2021 08:29 (UTC +04:00)
Qazaxıstanda koronavirusa daha 2 192 nəfər yoluxub

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 2 192 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 877 112, virusun törətdiyi nəticələrdən ölənlərin sayı isə 11 035 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 281 nəfər, hazırkı dövrədək isə 810 681 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti