...

Rusiyada son sutkada koronavirusdan 900-ə yaxın ölüm qeydə alınıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2021 13:23 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 900-ə yaxın şəxs koronavirus infeksiyasının qurbanı olub.

Trend-in məlumatına görə, ötən gün ölkədə 895 nəfər vəfat edib. Bundan əvvəl ən yüksək göstərici, 890 ölüm faktı oktyabrın 3-də qeydə alınmışdı.

Eyni zamanda ötən gün ölkədə 25 110 yeni yoluxma müəyyən edilib.

Beləliklə bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 7,63 milyon nəfəri ötüb, ölənlərin sayı isə 211 696 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti