...

Əfqanıstanda məsciddə törədilən terror qurbanlarının sayı 150-yə çatıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2021 20:42 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın Kunduz vilayətində Seyid-Abad şiə məscidində baş verən terror aktının qurbanlarının sayı 150-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə yerli "Ettelaat-e ruz" qəzeti bölgənin güc strukturlarındakı mənbələrə istinadən bildirib.

Ən az 200 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralananlar arasında çoxlu sayda uşaq və yeniyetmə var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti