Bakı. Trend:
Hindistanın Kerala ştatının bir neçə bölgəsinə yağan leysan yağışları nəticəsində ən azı 10 nəfər ölüb, təxminən 18 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə Hindistan "Times" qəzeti rəsmi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, ən çox zərər çəkən ştatın 3 rayonu olub: İdukki dairəsində iki nəfər, dörd nəfər Patanamtitta və Kottayam dairələrində fəlakətin qurbanı olub. Sonuncu dairədə daha 18 nəfər itkin düşdü.
Hindistan Meteorologiya İdarəsi altı bölgədə fövqəladə vəziyyət elan edib.