...

Rusiyada ticarət mərkəzində partlayış olub

Dünya xəbərləri Materials 20 Oktyabr 2021 04:28 (UTC +04:00)
Rusiyada ticarət mərkəzində partlayış olub

Bakı. Trend:

Rusiyanın Pavlovsk şəhərində (Voronej diyarı) "Atlas" ticarət mərkəzinin binasında partlayış baş verib.

Trend-in "İzvestiya"ya istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ticarət mərkəzinin üzlüyünə zərər dəyib.

Xəsarət alanlar barədə məlumat verilmir.

Bildirilir ki, partlayış səbəbi araşdırılır.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti