...

ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib

Dünya xəbərləri Materials 21 Oktyabr 2021 00:51 (UTC +04:00)
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın koronavirusa qarşı "Sputnik V" vaksinin təcili istifadə üçün yenidən ixtisaslaşma prosedurunu bərpa edib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın COVID-19-un profilaktikası üçün dərman vasitələrinin təsdiqi üzrə reyestrində bildirilib.

Bildirilib ki, proses bərpa olunub, onun tamamlanması gözlənilir.

Qeyd olunub ki, prosedurun gözlənilən başa çatma tarixi bütün lazımi məlumatların ÜST-ə ötürülməsindən və sonrakı yoxlamanın başa çatmasından sonra təyin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti