...

"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2021 03:51 (UTC +04:00)
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb

Bakı. Trend:

Meksikanın qərb sahillərində Sakit Okeanın üzərində "Rik" tropik fırtınası yaranıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ölkənin Milli Meteorologiya xidməti bildirib.

Bildirilib ki, qasırğanın mərkəzi Qerrero ştatında Akapulko şəhərindən 430 km cənub-qərbdədir. Atmosfer hadisəsi daxilində küləyin sürəti 18 m/s, küləyin sürəti 24 m/s-ə çatıb. Hazırkı proqnozlara görə, fırtınanın güclənəcəyini gözlənilir.

Onun Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriya qasırğası olaraq oktyabrın 25-də Meksikaya çatacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti