...

Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 140 nəfər yaralanıb

Dünya xəbərləri Materials 26 Oktyabr 2021 03:15 (UTC +04:00)
Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 140 nəfər yaralanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Sudanda ötən gün dövlət çevrilişinə cəhddən sonra başlayan etiraz aksiyalarında 7 nəfər ölüb, 140 nəfər isə xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə ölkənin Səhiyyə Nazirliyinnin nümayəndəsi deyib.

Bildirilib ki, insanlar güllə yarası aldıqdan sonra vəfat ediblər. Digər təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün Sudanda hərbçilər ölkənin baş naziri Abdulla Hamduk da daxil olmaqla bir sıra yüksəkvəzifəli məmurlar və siyasətçiləri həbs ediblər.

Bu gün BMT Təhlükəsizlik Şurası Sudandakı vəziyyəti müzakirə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti