...

Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib

Dünya xəbərləri Materials 26 Oktyabr 2021 16:51 (UTC +04:00)
Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib

Bakı. Orxan Nəbiyev - Trend:

Albaniyanın Kruya şəhərində 300 nəfər kəskin zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Trend-in məlumatına görə, onların əksəriyyərti xəstəxanaya yerləşdirilib.

Sakinlərin içməli sudan zəhərləndiyi ehtimal edilir. Hazırda insidentlə bağlı araşdırmalar aparılır.

Albaniyanın səhiyyə naziri Ogerta Manastirliu və səhiyyə baş müfəttişi Kruya şəhərinə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti