...

Avropa Komissiyası meşələrin mühafizəsinə bir milyard avro ayıracaq

Dünya xəbərləri Materials 2 Noyabr 2021 19:02 (UTC +04:00)
Avropa Komissiyası meşələrin mühafizəsinə bir milyard avro ayıracaq

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa Komissiyası meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsə 1 milyard avro vəsait ayıracaq.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən İqlim dəyişikliyi ilə bağlı BMT-nin Çərçivə Konvensiyasının 26-cı konfransı (COP26) zamanı deyib.

O bildirib ki, Avropa Komissiyası tezliklə Avropa İttifaqının meşələrin məhvinə təsirini məhdudlaşdıracaq tapşırıqları təqdim edəcək: "Aİ bazarlarına daxil olan məhsullar meşələrin məhv olmasına aparmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti