...

ABŞ İraqa baş nazirə sui-qəsd cəhdinin araşdırılmasında kömək təklif edib

Dünya xəbərləri Materials 7 Noyabr 2021 06:31 (UTC +04:00)
ABŞ İraqa baş nazirə sui-qəsd cəhdinin araşdırılmasında kömək təklif edib

Bakı. Trend:

ABŞ İraqın baş naziri Mustafa Əl-Kazıminin iqamətgahına hücumu pisləyir və sui-qəsdin araşdırılmasına kömək etməyi təklif edir.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın şənbə günü yaydığı bəyanatda deyilir.

Əlavə olunur ki, baş nazirin xəsarət almadığı barədə xəbər ABŞ-ı sevindirib: "Bu açıq-aşkar terror aktının hədəfi olaraq İraq dövlətinin ürəyi seçildi və biz bunu qətiyyətlə pisləyirik. Biz İraqın təhlükəsizlik qüvvələri ilə yaxın təmasdayıq və bu hücumun araşdırılmasında onlara kömək etməyi təklif etdik".

Qeyd edək ki, İraqın baş nazirinə qarşı sui-qəsd bazar günü gecə həyata keçirilib. Onun İraq paytaxtının "yaşıl zona" adlandırılan ərazisində yerləşən iqamətgahına minalanmış pilotsuz təyyarə ilə hücum edilib. Dövlət rəsmisi heç bir xəsarət almadəğını öz rəsmi Twitter səhifəsində açıqlamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti