...

Ermənistanda 171 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 8 Noyabr 2021 02:16 (UTC +04:00)
Ermənistanda 171 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Ermənistanda 171 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən bildiriblər.

Məlumata əsasən, zəhərlənən şəxslər müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onlar "Tashir Pizza" iaşə məntəqələrində pizza yedikdən sonra zəhərləniblər.

Bildirilir ki, hazırda 99 nəfərin müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti