...

Avropa İttifaqı çevik reaksiya qüvvələri formalaşdıracaq

Dünya xəbərləri Materials 10 Noyabr 2021 20:23 (UTC +04:00)
Avropa İttifaqı çevik reaksiya qüvvələri formalaşdıracaq

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel 2025-ci ilədək Avropanın çevik reaksiya qüvvələrinin yaradılmasını təklif edib.

Trend-in məlumatına görə, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Aİ-nin üzləşdiyi geosiyasi təhdidlərlə bağlı vahid mövqeyinin formalaşdırılmasına yönəlmiş, ilk təhlükəzilik konsepsiyası olan "Strateji kompas" adlı sənədin layihəsi üzərində işlər başa çatdırılıb.

Ali komissarın sözlərinə görə, strateji prioritetlər sırasında ilk addım 5 min hərbçidən ibarət çevik reaksiya qüvvələrinin yaradılması olacaq. Qeyd olunur ki, qüvvələr növbəti dörd il ərzində fəaliyyətə başlaya bilər.

Aİ-nin təhlükəsizlik konsepsiyasının 2022-ci ilin yazında qəbul edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti