...

İngiltərədə avtomobilin partladılması nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 14 Noyabr 2021 22:49 (UTC +04:00)
İngiltərədə avtomobilin partladılması nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

İngiltərinin Liverpul şəhərində Qadın Xəstəxanası yaxınlığında avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Sky News televiziya kanalı bildirib.

"Təəssüf ki, təsdiq edə bilərik ki, bir nəfər ölüb, digəri isə xəstəxanaya aparılıb, o, aldığı xəsarətlərdən müalicə olunur. Xoşbəxtlikdən onun həyatı üçün təhlükə yoxdur", - deyə Mersisayd qraflığının polisi bildirib.

Məlumata əsasən, xəstəxana yaxınlığında dayanan taksinin partladıldığı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti