Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 39 705 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 9 600 369 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 47 nəfər, hazırkı dövrədək isə 142 945 nəfər vəfat edib.