...

Kanadanın qərbində fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 18 Noyabr 2021 04:51 (UTC +04:00)
Kanadanın qərbində fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

Kanadanın Britaniya Kolumbiyası vilayətində fövqəladə vəziyyət elan edilib. Bu, güclü yağışların səbəb olduğu daşqınlarla bağlıdır.

Trend-in məlumatına görə, bu barədə bölgənin başçısı Con Horqan bildirib.

Onun sözlərinə görə, son bir neçə gün təbii fəlakət ilə əlaqədar Britaniya Kolumbiyanın sakinləri üçün inanılmaz dərəcədə çətin olub:

"Güclü külək, leysan yağışlar və sel əyalətimizdə yaşayış məntəqələri dağıdıb. Bununla əlaqədar Britaniya Kolumbiyası hökuməti fövqəladə vəziyyət elan edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti