...

Sloveniyada sentyabr ayında işsizlik səviyyəsi son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dünya xəbərləri Materials 20 Noyabr 2021 05:14 (UTC +04:00)
Sloveniyada sentyabr ayında işsizlik səviyyəsi son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Bakı. Trend:

Sloveniyada işsizlik səviyyəsi sentyabr ayında 6,8 %-dək düşüb. Bundan əvvəl antirekord göstərici (6,7 %) 2008-ci ilin noyabrında qeydə alınmışdır.

Trend xəbər verir ki, ölkənin Milli Məşğulluq Xidmətinin verdiyi məlumata görə, işsizlik səviyyəsi 2021-ci ilin avqustunda 7,1 % səviyyəsində qərarlaşıb.

Sloveniya COVID-19 epidemiyası zamanı işsizliyi nisbətən aşağı səviyyədə saxlamağa müvəffəq oldu, hökumət işlərinə xitam vermək əvəzinə işçilərini müvəqqəti olaraq işdən çıxaran şirkətlərə maliyyə yardımı göstərdi. 2021-ci ilin ikinci rübündə ümumi daxili məhsul (ÜDM) illik müqayisədə 16,3 faiz artdığı üçün bu il iqtisadi canlanma bir sıra yeni iş yerləri də yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti