Bakı. Trend:
Dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 261 087 872 nəfərə yüksəlib.
Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universtiteti tərəfindən yayılan məlumatda bildirilib.
Dünyada virusun yayılmasının başlanğıcından indiyədək 5 195 232 nəfər koronavirusdan dünyasını dəyişib.
ABŞ-da 48 202 463 COVID-19-a yoluxma halı aşkar edilib, 776 536 xəstə ölüb. Hindistanda COVID-19-a yoluxanların sayı 34 572 523 nəfərə çatıb, 468 554 nəfər ölüb. Braziliyada pandemiya zamanı 22 076 863 yoluxma və 614 186 ölüm halı qeydə alınıb.