...

Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 2 Dekabr 2021 08:08 (UTC +04:00)
Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Danimarkada koronavirusun yeni "omikron" adlı ştammına 7 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu mətbuat konfransı zamanı ölkənin səhiyyə naziri Maqnus Heunike deyib.

Onun sözlərinə görə, daha 16 koronavirusa yoluxma halında "omikron" ştammının olduğu şübhəsi var. Bu yoluxma halları ilə bağlı yekun məlumat tədqiqatlardan sonra veriləcək.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti