...

İranda ötən sutka 58 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 11 Dekabr 2021 14:32 (UTC +04:00)
İranda ötən sutka 58 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 1 681 nəfər koronavirusa (COVID-19) yoluxub, 58 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 130 661 nəfərə, yoluxanların sayı isə 6 152 524 nəfərə çatıb. Virus daşıyıcılarından 3 126 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 963 373 nəfər koronavirusdan sağalıb, 39,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 110 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 2,23 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti