...

Filippində "Rai" tayfunu nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 20 Dekabr 2021 05:09 (UTC +04:00)
Filippində "Rai" tayfunu nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

Filippində "Rai" tayfunu nəticəsində ölənlərin sayı artıb.

Trend-in "Manila Bulletin" qəzetinə istinadən verdiyi məlumata görə, tayfun nəticəsində 208 nəfər həlak olub, 239 nəfər xəsarət alıb, 52 nəfər isə itkin düşüb.

Məlumata əsasən, ölüm halları Mərkəzi Visailər, Qərbi Vsailər, Karaqa, Şimali Mindanao və Zamboanqa yarımadasında qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl 169 nəfərin öldüyü bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti