...

Ottavanın mərkəzində atışma olub

Dünya xəbərləri Materials 23 Dekabr 2021 03:46 (UTC +04:00)
Ottavanın mərkəzində atışma olub

Bakı. Trend:

Kanadanın paytaxtı Ottava şəhərinin mərkəzində atışma nəticəsində bir nəfər yaralanıb.

Trend-in "CTV" telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları odlu silahdan yaralanan şəxsi aşkar ediblər.

Yaralı şəxs kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Atışma nəticəsində başqa yaralanan olmayıb.

İnsidentlə əlaqədar araşdırma aparılır. Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti